Ana Sayfa > Manşet / Seçki 2024 > Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqelərimiz Ermənistan tərəfindən atəşə tutulub -

Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqelərimiz Ermənistan tərəfindən atəşə tutulub -


26-05-2021, 13:18. Yazar: sevinc1
Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqelərimiz Ermənistan tərəfindən atəşə tutulub -

Mayın 24-dən 26-dək Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Geqarkunik vilayəti ərazisindəki düşmən mövqelərindən fasilələrlə atıcı silahlardan atəşə tutulub.

Müdafiə Nazirliyindən aia.az-a verilən məlumata görə, eyni zamanda Ermənistan tərəfi təxribat məqsədilə Şuşa şəhəri ətrafında yerləşən postlarımız istiqamətində avtomat silahlardan havaya atəş açıb.

Cavab atəşi açılmayıb. İtki yoxdur.

aia.az
Geri dön