Ana Sayfa > Gündəm > Bu gün ilin ilk Ay tutulması olacaq
Bu gün ilin ilk Ay tutulması olacaq26-05-2021, 10:03. Yazar: sevinc1 |
![]() Mayın 26-da 2021-ci ilin ilk Ay tutulması hadisəsi baş verəcək. Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib ki, bu tutulma tam Ay tutulması olacaq. Tutulma hadisəsi 3 saat 8 dəqiqə davam edəcək. Belə ki, Ay tutulması saat 13:44:57-də başlayacaq və 16:52:23-də sona çatacaq. Tutulmanın maksimumu saat 15:18:42-də olacaq. Bu təbiət hadisəsini Şərqi Asiya, Avstraliya, Amerika və Sakit okeanda müşahidə etmək mümkün olacaq. Tutulma vaxtı Ay üfüqdən aşağıda olduğuna görə hadisə Azərbaycanda müşahidə olunmayacaq. aia.az Geri dön |