Ana Sayfa > Karusel / Seçki 2024 > Bərdədə bazarda baş verən yanğın söndürüldü -

Bərdədə bazarda baş verən yanğın söndürüldü -


26-05-2021, 09:41. Yazar: sevinc1
Bərdədə bazarda baş verən yanğın söndürüldü -

Bərdə rayonunun Güloğlular kəndində bazar ərazisindəki yanğın söndürülüb.

aia.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş operativ tədbirlər sayəsində yanğın daha geniş əraziyə yayılmasının qarşısı alınaraq tam söndürülüb.

Qeyd edək ki, yanğının mürəkkəbliyi nəzərə alınaraq yanğınla mübarizə məqsədilə Bərdə rayon Yanğından Mühafizə Hissəsi ilə yanaşı, Yevlax, Ağdam, Tərtər və Ağcabədi rayonlarının Yanğından Mühafizə hissələrinin də müvafiq qüvvələri cəlb olunub.

aia.az
Geri dön