Ana Sayfa > Gündəm > Bakıdakı atışmaya görə həbs edildilər - FOTO
Bakıdakı atışmaya görə həbs edildilər - FOTO24-04-2016, 09:37. Yazar: admin |
Badamdar qəsəbəsindəki "Bulaq" restoranında baş verən silahlı insidentin iştirakçıları - Tofiq Qaramizadə, Hüseyn Hüseynov və Bəhruz Rəfiyevin barələrində həbs qətimkan tədbiri seçilib. Bu barədə report-a B.Rəfiyevin vəkili Adəm Məmmədov məlumat verib. Vəkilin sözlərinə görə, Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin barələrində üç aylıq həbs qətimkan tədbiri seçilib. A.Məmmədov bildirib ki, hadisə zamanı hüquqlarını müdafiə etdiyi şəxs təsadüfən "Bulaq" restoranında olub: "Bəhruz Rəfiyev restoranda nə dalaşıb, nə də söyüş söyüb. O, heç kimi vurmayıb. Bəhruz əlindən güllə yarası alıb". Qeyd edək ki, cinayət hadisəsi aprelin 20-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən "Bulaq" restoranında baş verib. Hadisə zamanı Fuad Əkbərov və Bəhruz Rəfiyev tapançadan açılan atəş nəticəsində yaralanıb, 30 yaşlı Süleyman Abdullayev isə bıçaqlanıb. Hər iki yaralı Bakıdakı özəl xəstəxanalardan birinə yerləşdirilib. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri Tofiq Qaramizadə, Hüseyn Hüseynov və B.Rəfiyev tutulublar. Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) və 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddələri ilə cinayət işi başlanıb, istintaq davam etdirilir. Fotodakı barəsində həbs qətimkan tədbiri seçilən şəxslərdən olan Bəhruz Rəfiyevdir. aia.az Geri dön |