Ana Sayfa > Seçki 2024 > Şuşa mədəniyyət və turizm məkanına çevriləcək - Nazir

Şuşa mədəniyyət və turizm məkanına çevriləcək - Nazir


24-05-2021, 13:50. Yazar: sevinc1
Şuşa mədəniyyət və turizm məkanına çevriləcək - Nazir

Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı görüləcək işlərə dair fəaliyyət planı hazırlanır.

Bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.

A.Kərimov bildirib ki, ən birinci məsələ mədəni-tarixi abidələrinin bərpası işləridir: “Bundan başlamalıyıq. Eyni zamanda infrastrukturun bərpası işləri önəmlidir. Təbii ki, daha sonrakı məsələ əhalinin oraya qayıtması və adət-ənənələrimizin davam etdirilməsidir.

Ümumiyyətlə fikirləşirik ki, Şuşanı bir mədəniyyət və turizm məkanına çevirək”.

AİA.Az
Geri dön