Ana Sayfa > Manşet / Siyasət > “Xarıbülbül” festivalının şəhidlərimizin əziz xatirəsinə həsr olunması mühüm önəm kəsb edir
“Xarıbülbül” festivalının şəhidlərimizin əziz xatirəsinə həsr olunması mühüm önəm kəsb edir24-05-2021, 11:00. Yazar: sevinc1 |
![]() Ənənəvi “Xarıbülbül” festivalı artıq öz-özlüyündə Azərbaycan xalqının qədim mədəniyyətə, zəngin tarixə və milli-mənəvi irsə sahib olması faktını özündə ehtiva edən bir ictimai-mədəni hadisədir. Festivalın Vətən müharibəsində əldə olunmuş möhtəşəm Qələbə nəticəsində torpaqlarımızın işğaldan azad edilməsindən sonra ilk dəfə Şuşada, Cıdır düzündə keçirilməsi isə bu tarixi hadisənin əhəmiyyətini daha da artırmış oldu. “Xarıbülbül” festivalının şəhidlərimizin əziz xatirəsinə həsr olunması mühüm önəm kəsb edir. Çünki 44 gün davam edən Vətən müharibəsinin nəticəsində məhz Azərbaycan Ordusunun qələbə əzmi ilə işğalçılar öz torpaqlarımızdan qovuldu. Bu gün işğaldan azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Şuşanın azad edilməsindən sonra faktiki olaraq ordusu və dövləti çökmüş Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Bundan sonra Azərbaycan bir güllə belə atmadan Laçın, Kəlbəcər və Ağdam rayonlarını geri qaytardı. Məhz buna görə də Şuşanın azad edilməsi günü – 8 Noyabr günü Azərbaycanda rəsmi olaraq Zəfər bayramı günü elan edildi. Biz bu tarixi Qələbəyə görə bizim qəhrəman hərbçilərimizə borcluyuq və Azərbaycan xalqı bunu heç zaman unutmayacaq. “Xarıbülbül” festivalı Prezident İlham Əliyevin həyata keçirdiyi xarici və daxili siyasətin daha bir təntənəsidir. “Xüsusi olaraq qeyd olunmalıdır ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə ilk növbədə Ulu Öndər Heydər Əliyevin müəyən etdiyi və son 18 il ərzində Ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursun uğurudur. Belə ki, Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəmizi təmin edən əsas amillərdən biri bu gün ölkəmizdə mövcud olan ümumxalq birliyi və həmrəyliyidir. Azərbaycanda məhz Prezident İlham Əliyevin həyata keçirdiyi daxili siyasətin nəticəsi olaraq Azərbaycan bu gün tolerantlıq və multikulturalizmin ən təkmil formada təzahür etdiyi ölkələrdən birinə çevrilib. İşğaldan azad edildikdən sonra Şuşada keçirilmiş “Xarıbülbül” festivalı da bunun ən bariz nümayişi oldu. Bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək. Builki festival Azərbaycanda yaşayan xalqların nümayəndələrini əhatə etmiş oldu və festivalın gedişində dövlət başçısının tövsiyəsinə uyğun olaraq ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri çıxış etdilər. Həqiqətən də Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayırlar və bu Vətən uğrunda çiyin-çiyinə vuruşmağı da gözəl bacarırlar. Möhtərəm dövlət başçımız da məhz bu ümumxalq birliyini bütün dünyaya təqdim edərək qədim Azərbaycan şəhəri olan Şuşadan öz növbəti mesajını verdi. Azərbaycan Prezidenti bu mesajla özlərini demokratik dəyərlərin daşıyıcısı kimi təqdim etməyə çalışan, əslində isə ikili standartlardan hələ də əl çəkə bilməyən bütün dövlətlərə kimin kim olduğunu bir daha göstərdi. Turani Əliyev, YAP Göygöl rayon təşkilatının sədri Geri dön |