Ana Sayfa > Ölkə > Göygöldə yeməkxana, Tovuzda birmərtəbəli ev yanıb

Göygöldə yeməkxana, Tovuzda birmərtəbəli ev yanıb


24-05-2021, 08:58. Yazar: sevinc1
Göygöldə yeməkxana, Tovuzda birmərtəbəli ev yanıb

Göygöl rayonunda ümumi sahəsi 50 m² olan yeməkxananın yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yaxınlıqdakı avtomobil təmiri sexi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan əlavə, Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində ümumi sahəsi 40 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AİA.Az
Geri dön