Ana Sayfa > Parlament > Hərbi qulluqçumuz Kəlbəcər rayonu ərazisində qeyri-döyüş şəraitində vəfat edib - Nazirlik
Hərbi qulluqçumuz Kəlbəcər rayonu ərazisində qeyri-döyüş şəraitində vəfat edib - Nazirlik22-05-2021, 08:59. Yazar: admen |
Müdafiə Nazirliyi bir hərbi qulluqçumuzun vəfat etməsi ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərlərə aydınlıq gətirib. Nazirliyin məlumatında deyilir ki, bəzi sosial şəbəkə istifadəçilərinin guya Şuşada hərbi qulluqçumuzun vəfat etməsi ilə bağlı yaydığı xəbər həqiqətə uyğun deyil. Bildirilir ki, Kəlbəcər rayonu ərazisində əsgər Şükürov Elmir İlham oğlu qeyri-döyüş şəraitində vəfat edib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. AİA.Az Geri dön |