Ana Sayfa > Cəmiyyət > İmişlidə ağır yol qəzası baş verdi

İmişlidə ağır yol qəzası baş verdi


23-04-2016, 20:29. Yazar: admin
İmişlidə ağır yol qəzası baş verdi




İmişli rayonu ərazisində ağır yol qəzası baş verib. Hadisə rayonun Xəlfəli və Qulubəyli kəndlərini birləşdirən avtomobil yolunda qeydə alınıb.

Qəza “Ford Tranzit” markalı mikroavtobusla “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində baş verib.

Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsini idarə edən sürücülər ölüb. Onlardan birinin şəxsiyyəti müəyyən olub - Beyləqan rayon sakini 1967-ci il təvəllüdlü Vəliyev Məhəmməd Bəylər oğludur.

Mikroavtobusda olan 12 sərnişinin xəsarət aldığı bildirilir.

aia.az
Geri dön