Ana Sayfa > Seçki 2024 > Şəhid Abbaslı Elgiz Fuad oğlunun doğum günüdür

Şəhid Abbaslı Elgiz Fuad oğlunun doğum günüdür


21-05-2021, 18:32. Yazar: sevinc1
Şəhid Abbaslı Elgiz Fuad oğlunun doğum günüdür

Bu gün Sabirabad rayon Cavad kəndindən olan şəhid Abbaslı Elgiz Fuad oğlunun doğum günüdür.

Abbaslı Elgiz Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda canından keçən Sabirabad rayonun 45 şəhidindən biridir. O yaşasaydı 23 yaşı olacaqdı.

YAP Sabirabad rayon təşkilatı nümayəndələri Şəhidimizin doğum günü münasibəti ilə Onun ailəsini ziyarət edib sonra şəhidin ailəsi ilə birlikdə I və II Qarabağ müharibəsi zamanı şəhid olmuş Sabirabad rayonundan olan şəhidlərimizin əziz xatirəsinə ucalmış abidənin açlış mərasimində iştirak etmişdirlər.

Daha sonra Şəhid Abbaslı Elgizin məzarını ziyarət edərək onun məzarı onunə gül çiçək dəstələri düzərək əziz xatirəsini böyük ehtiramla yad edib, ruhuna dualar oxumuşlar.

Allah şəhidlərimizə rəhmət eləsin!

aia.az







Geri dön