Ana Sayfa > Qərbi Azərbaycan > Koronavirusdan ölənlərin sayı rəsmi rəqəmlərdən 2-3 dəfə çoxdur -
Koronavirusdan ölənlərin sayı rəsmi rəqəmlərdən 2-3 dəfə çoxdur -21-05-2021, 14:52. Yazar: sevinc1 |
Dünyada COVID-19 infeksiyasından ölənlərin sayı 6-8 milyon təşkil edə bilər. Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktorunun məlumat və təhlil məsələləri üzrə köməkçisi Samirə Əsma brifinq zamanı deyib. ÜST-ün statistikasına əsasən, 2020-ci il yanvarın 30-dan dekabrın 31-dək müddət ərzində dünyada 1 813 188 nəfər koronavirusdan həyatını itirib. Amma ötən il üzrə aparılan təhlillər bütün ölüm hallarının qeydə alınmadığını göstərib. O bildirib ki, koronavirus pandemiyası hazırda inkişaf edir: "Bildiyimiz kimi, hazırda 3,4 milyondan çox ölüm faktı qeydə alınıb. Hesab edirik ki, bu göstəricilərin aşağı həddidir və real rəqəmlər rəsmi məlumatlardan 2-3 dəfə artıq ola bilər. Hazırda pandemiya inkişaf edir və bizim qiymətləndirmələrimiz təkmilləşəcək. Mənim fikrimcə, əminliklə demək olar ki, əslində COVID-19-dan ölənlərin sayı 6-8 milyon nəfərdir". aia.az Geri dön |