Ana Sayfa > Ölkə > Şəbnəmin “həcisi” tapıldı-FOTO

Şəbnəmin “həcisi” tapıldı-FOTO


21-05-2021, 13:31. Yazar: sevinc1
Şəbnəmin “həcisi” tapıldı-FOTO

Xatırladaq ki, 2016-cı ildə möhtərəm Prezidentimizə Masallı rayon sakini Niftiyev Ələşrəf Nuru oğlundan bir müraciət daxil olmuşdu. Müraciətdə deyilirdi: “Hörmətli cənab Prezident! Qəsbkar ermənilərin aprel təxribatına layiqli cavab verən Ordumuzun Sizin komandanlığınız altında igidliyinin şahidi olduq. Həmin döyüşlərin birində həlak olmuş Masallının Güllütəpə kənd sakini Firdovsi Bağırzadənin adı əbədiləşdirilmiş, onun ailəsinə mənzil tikilib verilmişdir. Bu, şəhid ailəsinə çox böyük qayğıdır. Cənab Prezident, ermənilərin başqa dövlətlərdən dilənib aldığı silahlara xalqımız bu gün öz Ordusu, şücaəti, dəyanəti və şəhid ruhuna olan böyük ehtiramı ilə cavab verir. Bu, Sizin apardığınız siyasətin təntənəsidir”. Biz bu cür xeyirxah əməllərin davamının Vətən müharibəsi ərəfəsində və bu gün də şahidi oluruq.

Həmin evi şəhid ailəsinə xeyriyyəçi iş adamı Hacı Ramazan Mirzəyev tikib içərisinin əşyaları ilə birlikdə təhvil vermişdir. Daim qazilərə, imkansız ailələrə də dəstək olan iş adamı gördüyü xeyirxah əməllərin bilinməsini istəməmişdir. “Məmmədoğulları”MMC-nin rəhbəri R. Mirzəyevin kömək etdiyi, əl tutduğu insanların sayı-hesabı yoxdur. Amma bu xeyirxah əməllər sahibi olan, dövlətinə və xalqına bağlı iş adamının adı müxtəlif vaxtlarda mediada səhvən bəzi şou-biznes nümayəndələri ilə hallanıbdır. Halbuki həmin adı hallanan şəxs tamamilə başqa bir insandır. Məsələn müğənni Şəbnəm Tovuzlu ilə əlaqələri haqqında dərc olunan yazılar tamamilə cəfəngiyyatdır. Hacı Ramazan Mirzəyev doğulduğu rayonda və ölkəmizdə ailəsinə bağlı insan kimi tanınıbdır.

Aktualxeber.az-a daxil olan məlumata görəmüğənni Şəbnəm Tovuzlunun “hacısı” isə əslən Beyləqan rayonundan olan tamamilə başqa bir iş adamıdır. Ona “bağça açan da”, “ticarət mərkəzi tikən də” həmin şəxsdir. Əfsuslar olsun ki, həmkarlarımız öz yazılarında həmin işləri Hacı Ramazan Mirzəyevə yalandan bağlayıblar. R. Mirzəyev boş vaxtlarını nəvələri ilə keçirən, elinin-obasının xeyir-şərində fəal iştirak edən bir xeyirxah insandır.

Təsadüfi deyil ki, iş adamı Masallı rayonunda koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə məqsədilə tibbi profilaktiki, maarifləndirmə tədbirlərində daim öz yardımlarını əsirgəməyibdir. Xeyriyyə aksiyası çərçivəsində 5125 aztəminatlı ailəyə, yaşı 65-dən yuxarı olan 143 tənha insana ərzaq bağlamaları, həmçinin 200 ədəd 1 litrlik, 4500 ədəd 100 millilitrlik tibbi spirt, 3000 ədəd tibbi əlcək, 10000-dən çox tibbi maska paylanılıbdı. Bundan əlavə, Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə 50 ədəd tibbi çanta və 450 ədəd tibbi maska verilib. Rayonun şəhər, qəsəbə və kəndlərində geniş vüsət almış xeyriyyə aksiyasında isə sakinlərə pulsuz çörək belə paylanılıbdı. Xeyriyyə aksiyalarında Masallı Rayon İcra Hakimiyyəti, YAP Masallı Rayon Təşkilatı, Milli Məclisin deputatları və iş adamları ilə birlikdə Ramazan Mirzəyev də fəal iştirak edibdir. Bundan əlavə Koronavirusla Mübarizə Fonduna dəstək olan iş adamına məxsus “Məmmədoğulları” MMC – 100,000 AZN ianə etmişdir. Onun bu xeyirxah əməlləri Vətən Müharibəsi zamanı da davam etmişdir. Belə ki, Silahlı Qüvvələrə Yardım Fonduna 100.000 manat köçürən iş adamı, bundan əlavə YAŞAT fonduna hər ay 5.000 manat yardım edir. Belə xeyirxah insanın fotoşəklini Şəbnəm Tovuzlu ilə montaj edib tirajlayan həmkarlarımızı qınayırıq. Özü də bu fotoşəkil yuxarıda adını çəkdiyimiz şəhid Firdovsi Bağırzadənin evinin açılış mərasimindən çəkilibdir və ona görə də onun ruhuna qarşı da hörmətsizlikdir.

aia.az




Geri dön