Ana Sayfa > Seçki 2024 > YAP Şəmkir rayon təşkilatının fəalları şəhid ailələrini ziyarət ediblər

YAP Şəmkir rayon təşkilatının fəalları şəhid ailələrini ziyarət ediblər


21-05-2021, 13:18. Yazar: sevinc1
YAP Şəmkir rayon təşkilatının fəalları şəhid ailələrini ziyarət ediblər


Mayın 20-də Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının fəalları Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Şəmkir rayonunun Mahmudlu, Qapanlı, Qaracəmirli kəndlərindən olan Musayev Niyaməddin Zirəddin oğlu, Namazov İsmət Nüsrət oğlu, Əlili Orxan Elşad oğlu, Şahbazov Şahbaz Musa oğlu və Gülməmmədov Eşqin Rabil oğlunun ailələrini ziyarət ediblər.

YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev şəhid ailələrinin vəziyyəti ilə maraqlanıb. Səmimi söhbət əsnasında rayon təşkilatının sədri vurğulamışdır ki, YAP-ın rayon təşkilatı hər an şəhid ailələrinin yanındadır və bundan sonra da onların problemlərinin həlli, çətinliklərinin aradan qaldırılması və yaşayış şəraitlərinin yaxşılaşdırılması istiqamətində imkanları çərçivəsində əllərindən gələni əsirgəməyəcəklər.

F.Vəliyev şəhidlərimizin valideyinlərinə qəhrəman oğul böyütdüklərinə görə təşəkkür edib.

Digər çıxış edən partiya fəalları bildiriblər ki, Azərbaycan dövləti öz oğullarının qəhrəmanlıqlarını yüksək qiymətləndirir və bunu heç zaman unutmayacaq.

Qeyd edək ki, ziyarət zamanı Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatı tərəfindən şəhid ailələrinə ərzaq yardımı edilib.

aia.az























Geri dön