Ana Sayfa > Manşet / Media > Siyavuş Novruzovdan məhkəmələrə ittiham:
Siyavuş Novruzovdan məhkəmələrə ittiham:21-05-2021, 12:46. Yazar: sevinc1 |
Milli Məclisin iclasında deputat Siyavuş Novruzov məhkəmə hakimlərini tənqid edib. Oxu.Az xəbər verir ki, S.Novruzov hakimlərin düzgün qərar çıxarmamasının problemlər yaratdığını deyib. “Ötür-ötür prosesidir. Məhkəmə qərar çıxarır, ardınca bu qərarla apellyasiya məhkəmələrinə müraciət edilir. Daha sonra isə Ali Məhkəmə. Ali Məhkəmə isə nöqsanlar aşkarlayır və işi yenidən ibtidai istintaq üçün geri qaytarır”, - deyə S.Novruzov əlavə edib. O qeyd edib ki, səhv hökm çıxaran hakimlərin maaşlarından tutulmalıdır. aia.az Geri dön |