Ana Sayfa > Karusel / Gündəm > Bakıda polis sevgilisini öldürüb intihara cəhd etdi -

Bakıda polis sevgilisini öldürüb intihara cəhd etdi -


20-05-2021, 14:56. Yazar: sevinc1
Bakıda polis sevgilisini öldürüb intihara cəhd etdi -

Daxili İşlər Nazirliyi Bakıda polis əməkdaşının qətl törətməsilə bağlı məlumat yayıb.

Nazirlikdən aia.az-a verilən məlumata görə, mayın 20-də günorta saatlarında Yasamal rayonu ərazisində rayon polis idarəsinin əməkdaşı, 1995-ci il təvəllüdlü Həsən Osmanov qısqanclıq zəminində tabel silahından atəş açaraq, tanışı 1996-cı il təvəllüdlü Fatimə Hüseynovanı qətlə yetirib, özü isə intihara cəhd edib.

H.Osmanovun sağlamlıq durumu ağır qiymətləndirilir.

Faktla bağlı cinayət işi qaldırılıb, zəruri istintaq və əməliyyat tədbirləri həyata keçirilir.


aia.az
Geri dön