Ana Sayfa > Karusel / Gündəm > Şəhid Təbriz İbrahimov II Fəxri xiyabanda dəfn olundu

Şəhid Təbriz İbrahimov II Fəxri xiyabanda dəfn olundu


20-05-2021, 12:32. Yazar: sevinc1
Şəhid Təbriz İbrahimov II Fəxri xiyabanda dəfn olundu

Vətən müharibəsində şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Təbriz İbrahimov dəfn olunub.

aia.az xəbər verir ki, şəhid hərbçi II Fəxri xiyabanda torpağa tapşırılıb.

Qeyd edək ki, dünən şəhid hərbi qulluqçu ilə anadan olduğu Salyan rayonunun Çadırlı kəndində vida mərasimi keçirilib.

İbrahimov Təbriz İsmayıl oğlu 8 oktyabr 1992-ci ildə Salyan rayonunun Çadırlı kəndində anadan olub.

Respublika Hərbi Prokurorluğunun ötən gün yaydığı məlumata görə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər İbrahimov Təbriz İsmayıl oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.

aia.az
Geri dön