Ana Sayfa > Gündəm > “Xarıbülbül” musiqi festivalı ilə bütün dünya Şuşanın əsl sakinlərinin şəhərə qayıtdığını gördü
“Xarıbülbül” musiqi festivalı ilə bütün dünya Şuşanın əsl sakinlərinin şəhərə qayıtdığını gördü20-05-2021, 10:17. Yazar: sevinc1 |
30 illik fasilədən sonra Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalının bir çox aspektlər üzrə böyük əhəmiyyəti var. Əvvəlcə bu mədəniyyət tədbirinin siyasi əhəmiyyətini qeyd etmək istəyirəm. 44 günlük Vətən müharibəsindən az sonra Şuşada belə bir festivalın təşkili və Şuşanın mədəniyyət paytaxtı elan edilməsi ilə dünyaya bir sıra mesajlar vermiş olduq. Digər tərəfdən, “Xarıbülbül” musiqi festivalı ilə bütün dünya Şuşanın əsl sakinlərinin şəhərə qayıtdığını gördü. Budəfəki festivalın şəhidlərimizin əziz xatirəsinə həsr olunması böyük əhəmiyyətə malikdir. Bu, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin mədəniyyət sahəsində davamıdır. Dünya başa düşməlidir ki, Şuşanın əsl sakinləri bizik. Biz Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında uğurlu hərbi əməliyyatlar keçirərək torpaqlarımızı erməni işğalçılarından təmizlədik. Bunun üçün biz qəhrəman hərbçilərimizə, Azərbaycan xalqına borcluyuq. İndi isə Qarabağda vaxtı ilə mövcud olmuş ənənələrimizi bərpa edirik. “Xarıbülbül” musiqi festivalı bu ənənlərə start verilməsi idi. Sentyabr ayında dahi Üzeyir Hacıbəyovun doğum günü ilə əlaqədar bir sıra tədbirlər nəzərdə tutulub. Gələn il Şuşa şəhərinin 270 illiyini geniş şəkildə qeyd edəcəyik. İndi Şuşada çox böyük quruculuq işləri aparılır. Bütün bunlar dünyaya mühüm mesajdır. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır, ölkəmizdə milli birlik, milli həmrəylik ən yüksək səviyyədədir. Vətən müharibəsindəki Qələbədə bütün icmaların payı, töhfəsi olduğu kimi, builki “Xarıbülbül” festivalı həm də Azərbaycanın multikulturalizm ənənələrinin simvoluna çevrildi. Festivalın digər önəmi isə dini dəyərlərimizə bağlıdır. Belə ki, İslamın Azərbaycan xalqının milli konsolidasiyasında, milli mədəniyyətinin qorunmasında müstəsna yeri var. Bu baxımdan, festivalın məhz Ramazan bayramı ərəfəsində təşkil edilməsi də böyük əhəmiyyət kəsb edir. Şuşa Pənahəli xanın dövründən dini dəyərlərə xüsusi diqqət yetirilən məkan kimi tanınıb. İlqar Məhərrəmov, YAP Göygöl rayon təşkilatının İdarə Heyətinin üzvü aia.az Geri dön |