Ana Sayfa > Siyasət > Fransa dövlət katibi Azərbaycana gəlir

Fransa dövlət katibi Azərbaycana gəlir


22-04-2016, 19:27. Yazar: admin
Fransa dövlət katibi Azərbaycana gəlir





Fransa Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin Avropa məsələləri üzrə dövlət katibi Arlem Dezir (Harlem Désir) aprelin 26-da Azərbaycana səfər edəcək.

Aia.Az bildirir ki, Fransanın Azərbaycandakı səfirliyindən report-a verilən məlumata görə, A.Dezir Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak edəcək.

Səfər zamanı ikitərəfli görüşlərin keçirilməsi də planlaşdırılır.
Geri dön