Ana Sayfa > Dünya > Türkiyə ABŞ-ı Ərdoğanla bağlı ifadələrə görə qınadı
Türkiyə ABŞ-ı Ərdoğanla bağlı ifadələrə görə qınadı19-05-2021, 13:29. Yazar: sevinc1 |
Türkiyənin hakim “Ədalət və İnkişaf” partiyasının (AKP) sözçüsü Ömər Çelik ABŞ tərəfindən Rəcəb Tayyib Ərdoğanla bağlı səsləndirilən fikirləri qınayıb. Bu barədə o “Twitter” hesabında yazıb: “ABŞ Xarici İşlər Nazirliyini prezidentimizi hədəf almasını görə kəskin qınayırıq. Prezidentimizi antisemitizmdə günahlandırmaq məntiqsiz və yanlış yanaşmadır. Bu, prezidentimiz haqqında söylənilmiş yalandır”. Ömər Çelik ABŞ XİN-i Ərdoğanın fikirlərini diqqətlə dinləməyə dəvət edib: “Bu açıqlama verənlər prezidentimizi diqqətlə dinləsələr, ədalət və barış üçün addımlar atmış olacaqdılar”. Çelik qeyd edib ki, prezidenti tənqid edənlər bu fikirlərindən imtina etməlidirlər. aia.az Geri dön |