Ana Sayfa > İqtisadiyyat > Azərbaycan qazının Bolqarıstana nəqli layihəsi üçün qrantın həcmi açıqlanıb
Azərbaycan qazının Bolqarıstana nəqli layihəsi üçün qrantın həcmi açıqlanıb19-05-2021, 13:24. Yazar: sevinc1 |
Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) layihəsini reallaşdırmaqla məşğul olan ICGB AD "İnnovasiyalar və rəqabətqabiliyyətlilik" əməliyyat proqramı çərçivəsində 28,5 milyon avro dəyərində qrant alıb. Bu barədə Trend-ə şirkətdən bildiriblər. Qeyd olunub ki, həmin proqram çərçivəsində 39 milyon avro məbləğində qrant nəzərdə tutulub: "Bu məbləğin 85 faizi Avropa strukturları və investisiya fondları tərəfindən, 15 faizi isə yerli maliyyələşmə ilə qarşılanır. Proqram çərçivəsində ilk müraciət 2020-ci ilin noyabrında edilib, 28,5 milyon avro məbləğində vəsait martın 1-də nağdlaşdırılıb. İkinci müraciət aprel ayının sonunda edilib. " ICGB AD bildirib ki, Avropa Enerji Bərpası Proqramı çərçivəsində Aİ-dən 45 milyon avro qrant alacaq. Bu proqram çərçivəsində 6,4 milyon məbləğində ilkin ödəmə 2020-ci ilin dekabrında həyata keçirilib. aia.az Geri dön |