Ana Sayfa > Ölkə > Bu yollarda sürət həddi endiriləcək -

Bu yollarda sürət həddi endiriləcək -


19-05-2021, 13:04. Yazar: sevinc1
Bu yollarda sürət həddi endiriləcək -

Bakı Nəqliyyat Agentliyi (BNA) bəzi yollarda sürət həddi endirilməsilə bağlı təkliflər hazırlanıb.

BNA-dan aia.az-a verilən məlumata görə, təklifə əsasən Xocəsən, Bibiheybət, Zığ, Zağulba, Xarici Dairəvi-1 avtomobil yollarında, Bakı-Şamaxı şosesi, habelə Heydər Əliyev, Ziya Bünyadov, Mikayıl Useynov, 8 Noyabr və Babək prospektlərində icazə verilən sürət həddinin endirilməsi nəzərdə tutulub. Təklif razılaşdırılması üçün aidiyyəti dövlət qurumuna göndərilib.

Məlumat üçün bildirilib ki, qeyd edilən yollar nəqliyyat və piyadaların iştirakı ilə baş verən qəza hadisələrinin ən çox qeydə alındığı yerlərdir. İcazə verilən sürət həddinin endirilməsi ilə yol-nəqliyyat hadisələrinin sayı, həmçinin hərəkət iştirakçılarının ölüm və yaralanma riski azalacaqdır.


aia.az
Geri dön