Ana Sayfa > İdman > Formula 1 iştirakçılarının Bakıda koronavirus testindən keçirilmə qaydası açıqlandı

Formula 1 iştirakçılarının Bakıda koronavirus testindən keçirilmə qaydası açıqlandı


19-05-2021, 11:21. Yazar: sevinc1
Formula 1 iştirakçılarının Bakıda koronavirus testindən keçirilmə qaydası açıqlandı

Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Prisində iştirak etmək üçün ölkəyə gələn komanda üzvləri dərhal koronavirus testindən keçiriləcək.

Bu barədə aia.az-a Bakı Şəhər Halqasından məlumat verilib.

Bildirilib ki, beynəlxalq uçuş qaydasına əsasən, uçmazdan 48 saat əvvəl test verilməsi tələb edilir. Yəni bu, Formula 1 ilə əlaqədar deyil, test verilməsini aviaşirkətlər tələb edir.

Lakin bununla belə iştirakçılar Azərbaycana gələn kimi də dərhal testdən keçiriləcək. Burada qaldıqları müddətdə onlardan hər 5 gündən bir test götürüləcək, yəni əgər 5 gündən artıq ölkədə qalacaqlarsa, yenidən test aparılacaq.

Bakı Şəhər Halqasının əməkdaşlarından da əsas risk qrupları ilə, yəni pilotlar, komanda üzvləri ilə təmasda olanlar testdən keçəcək.

Qeyd edək ki, Azərbaycanda Formula 1 Qran Prisinin 2021-ci il 4-6 iyunda keçirilməsi nəzərdə tutulur.

aia.az
Geri dön