Ana Sayfa > İqtisadiyyat > Yaşıl enerji məkanı üzrə alt İşçi Qrupunun üçüncü iclası keçirilib

Yaşıl enerji məkanı üzrə alt İşçi Qrupunun üçüncü iclası keçirilib


18-05-2021, 18:07. Yazar: sevinc1
Yaşıl enerji məkanı üzrə alt İşçi Qrupunun üçüncü iclası keçirilib

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq, “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması ilə bağlı aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə yaradılmış Yaşıl enerji məkanı üzrə alt İşçi Qrupunun üçüncü iclası keçirilib.

Energetika Nazirliyindən aia.az-a bildirilib ki, alt İşçi Qrupunun rəhbəri, energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə videokonfrans formatında keçirilən iclasda ötən dövr ərzində görülmüş işlər müzakirə edilib. Alt-məqsədlər və hədəf göstəriciləri razılaşdırılıb, atılacaq növbəti addımlar ətrafında fikir mübadiləsi aparılıb.
Geri dön