Ana Sayfa > İdman > Vardinin cəzası ağırlaşdırıla bilər

Vardinin cəzası ağırlaşdırıla bilər


22-04-2016, 19:15. Yazar: admin
Vardinin cəzası ağırlaşdırıla bilər






İngiltərə Premyer Liqasının lideri "Lester"in futbolçusu Ceymi Vardinin cəzası artırıla bilər.

Aia.Az qol.az-a istinadən xəbər verir ki, buna səbəb onun "Vest Hem"ə qarşı matçda qırmızı vərəqə aldıqdan sonra qarşılaşmanın hakimi Con Mossa etdiyi qeyri-etik hərəkətdir.

C.Vardi hakimə qarşı yanlış hərəkət etdiyini qəbul edib. Onun bu etirafından sonra daha 2 oyunluq cəzalandırıla biləcəyi vurğulanıb. Belə olan halda "Lester" həmin cəzaya etiraz etməyəcəyini açıqlayıb.

C.Vardi cəzalansa, İngiltərə Premyer Liqasında "Mançester Yunayted"lə vacib oyunda iştirak edə bilməyəcək.

Qeyd edək ki, C.Vardi "Vest Hem"ə qarşı matçda qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb.
Geri dön