Ana Sayfa > Seçki 2024 > Milli Məclis bir sıra məhkəmələrə yeni hakimlər təyin edəcək

Milli Məclis bir sıra məhkəmələrə yeni hakimlər təyin edəcək


18-05-2021, 16:54. Yazar: sevinc1
Milli Məclis bir sıra məhkəmələrə yeni hakimlər təyin edəcək

Azərbaycanda bir sıra məhkəmələrə yeni hakimlərin təyin edilməsi məsələsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.

Belə ki, komitəsinin iclasında Azərbaycan Respublikası Ali Məhkəməsi və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi; Bakı, Sumqayıt və Şirvan Apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi; Gəncə və Şəki Apellyasiya məhkəmələri hakimlərinin təyin və azad edilməsi haqqında təqdimatlar müzakirə olunub.

Müzakirələrdən sonra baxılan məsələlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.

AİA.Az
Geri dön