Ana Sayfa > İqtisadiyyat > Dördüncü sənaye inqilabı post-pandemiya dövründə artıma daha tez qayıtmağa imkan verəcək - "Honeywell"

Dördüncü sənaye inqilabı post-pandemiya dövründə artıma daha tez qayıtmağa imkan verəcək - "Honeywell"


18-05-2021, 16:44. Yazar: sevinc1
Dördüncü sənaye inqilabı post-pandemiya dövründə artıma daha tez qayıtmağa imkan verəcək - "Honeywell"

Dördüncü sənaye inqilabı (Sənaye 4.0) post-pandemiya dövründə artıma daha tez qayıtmağa imkan verəcək.

Bunu ABŞ-ın "Honeywell" şirkətinin Türkiyə və Mərkəzi Asiya üzrə prezidenti Uyqar Doyuran deyib.

Onun sözlərinə görə, post-pandemiya dövründə şirkətlər mümkün qədər tez artımı bərpa etməlidir: "Onlar artım imkanlarını əldən buraxmamaq və aşırı xərclərə yol verməmək üçün öz fəaliyyətləri çərçivəsində sürətli, səmərəli və dəqiq işləməlidir. Sənaye 4.0 buna kömək edəcək. Müasir texnologiyalar şirkətlərə daha qənaətli və mənfəətlə işləməyə imkan verir. Əlbəttə ki, müasir texnologiyalar dünya iqtisadiyyatının bərpası yolunda aparıcı rol oynayacaq".

"Honeywell" prezidenti bildirib ki, Sənaye 4.0 bütün dünyada müxtəlif sahələrdə istifadə olunan texnologiyaların imkanlarında böyük addımdır: "Texnoloji innovasiyaların yeni erası özü ilə informasiyanlın əlçatanlığı, hesablama gücünün misilsiz səviyyəsini gətirir. Müştərilər daha tələbkar olduqca, ani xidmət tələb etdikcə, şirkətlər ya yeni texnologiyaları mənimsəyir, ya da keçmişin qalıqlarına çevrilirlər. Biz əminik ki, istənilən biznesin gələcəyi şirkət məlumatlarında yer alan informasiya sayəsində, eləcə də daha dəqiq proqnozlaşdırma istifadə edən modellər vasitəsilə təmin olunacaq".

U.Doyuran əlavə edib ki, müəssisələr qarşısında xərcləri azaltmaqla yanaşı, daha məhsuldar və səmərəli olmaq hədəfi dayanır: "Bunun üçün onlar rəqəmsal transformasiyanı reallaşdırmalı və uzaqdan, müstəqil əməliyyatlar imkanını təmin etməlidir. Bu cür əməliyyatlar vaxt keçdikdə daha da təkmilləşir, biznes-analitikanın yaradılması üçün yeni ideyalar gətirir və bu imkanları yeni sistemlərlə genişləndirir".

AİA.Az
Geri dön