Ana Sayfa > Gündəm > Cəbhəboyu rayonlarında aşkar olunan PHS-lərin sayı açıqlandı

Cəbhəboyu rayonlarında aşkar olunan PHS-lərin sayı açıqlandı


22-04-2016, 19:12. Yazar: admin
Cəbhəboyu rayonlarında aşkar olunan PHS-lərin sayı açıqlandı






Aprelin 22-də Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) tərəfindən Tərtər, Goranboy, Füzuli və Ağdam rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat açıqlandı.

Aia.az bu barədə Trend-ə istinadən məlumat verir.

Tərtər rayonu

22 aprel 2016-cı il tarixində hava şəraiti ilə əlaqədar olaraq, əməliyyat aparılmamışdır.

Goranboy rayonu

22 aprel 2016-cı il tarixində hava şəraiti ilə əlaqədar olaraq, əməliyyat aparılmamışdır.

Füzuli rayonu

Horadiz şəhəri - şəhər və ətrafında 5 partlayış yerinə baxış keçirilmiş, 5 partlamış sursat aşkar edilmiş və 290 kv.m ərazi yoxlanılmışdır.

Cəmi: 5 partlayış yeri və 290 kv.m ərazi yoxlanılmışdır.

Ağdam rayonu

22 aprel 2016-cı il tarixində hava şəraiti ilə əlaqədar olaraq, əməliyyat aparılmamışdır.

22 aprel 2016-cı il tarixində Agentlik tərəfindən 5 partlayış yeri və 290 kv.m ərazi yoxlanılmışdır.

Ümumilikdə, Agentlik tərəfindən 7-22 aprel 2016-cı il tarixlərində Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy və Tovuz rayonlarında 310 ev və həyətyanı sahəyə, 2 hərbi hissə, 1 kənd qəbirstanlığı, 1 kənd orta məktəbi, 5 ferma və əkin sahələrinə baxış kecirilmiş, 139 ədəd partlamamış hərbi sursat və 5 (beş) ədəd piyada əleyhinə mina (PMN) aşkar olunaraq, zərərsizləşdirilmişdır.

Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil cevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.
Geri dön