Ana Sayfa > Parlament > Antiterror əməliyyatına hazırlıq barədə tapşırıqlar verildi
Antiterror əməliyyatına hazırlıq barədə tapşırıqlar verildi18-05-2021, 12:59. Yazar: sevinc1 |
![]() Azərbaycan Ordusunun təlimləri davam edir. Növbəti mərhələdə Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin təlimlərin gedişi barədə maket üzərində məruzələrini dinləyib. Müdafiə Nazirliyindən aia.az-a verilən məlumata görə, təlimlərdə anti-terror əməliyyatları ilə bağlı qərar, qoşunların döyüş tapşırıqları və qarşılıqlı əlaqədə fəaliyyətlərinin təşkili dəqiqləşdirilib. Məruzələr dinlənildikdən sonra ehtiyatların və mərkəzi tabelikdə olan qoşunların anti-terror əməliyyatına bilavasitə hazırlığı, yenidən qruplaşmanın keçirilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verilib. Geri dön |