Ana Sayfa > Şou-biznes > Müğənni boşanma iddialarına cavab verdi

Müğənni boşanma iddialarına cavab verdi


17-05-2021, 19:10. Yazar: admen
Müğənni boşanma iddialarına cavab verdi

Ötən günlərdə "Həmin Zaur" verlişində qonaq olan Vəfa Şərifova bir neçə həmkarının boşanma xəbəri haqda danışıb. O iki müğənninin-Şəbnəm Tovuzlu və Bahar Lətifqızının həyat yoldaşlarından ayrıldığını söyləyib. İfaçının bu açıqlaması B.Lətifqızını hiddətləndirib.

AİA.Az sherg.az-a istinadən xəbər verir ki, o həmin proqramda Vəfaya bunları deyib:

"Onun haqqımda danışmağa hüququ çatmalıdır. Məni Elnarə Abdullayevadan, Könül xanımdan soruşun, uşaqdan yox. O ailəm ilə bağlı nə bilə bilər?"
Yenidən Zaur Kamalın proqramına qatılan V.Şərifova sözügedən qalmaqaldan bəhs edib:

"Ötən dəfə bir neçə nəfərin adını yazıb soruşdunuz ki, boşanıblarmı? Onlardan biri Bahar Lətifqızı idi. Eşitmişdim ki, ayrılıb. Sonra dava-qırğın düşdü. Bahar xanımın ailəsindən mənə zəng gəldi. Sən demə ayrılmayıbmış. Ötən dəfə də mənə iynəli sözlər dedi. Amma onu çox istəyirəm".

AİA.Az
Geri dön