Ana Sayfa > Şou-biznes / Aia TV / Karusel > “Əminik ki, dünya bu gün rahatlıqla dərindən nəfəs aldı”.

“Əminik ki, dünya bu gün rahatlıqla dərindən nəfəs aldı”.


14-07-2015, 17:17. Yazar: admin
“Əminik ki, dünya bu gün rahatlıqla dərindən nəfəs aldı”.

Rusiya Vyanada İran nüvə proqramı ətrafında vəziyyətin tənzimlənməsinə dair əldə edilən qərarı alqışlayır.

Aia.az xəbər verir ki, Rusiya Federasiyası prezidenti Vladimir Putinin müvafiq bəyanatı Kremlin saytında çərşənbə axşamı dərc edilib.

“Rusiya Vyanada İran nüvə proqramı ətrafında vəziyyətin tənzimlənməsinə dair əldə edilən qərarı və “altılıq” ilə İranın müştərək fəaliyyət planının təsdiqlənməsini alqışlayır.

Əminik ki, dünya bu gün rahatlıqla dərindən nəfəs aldı”, - Putinin bəyanatında deyilir.
Geri dön