Ana Sayfa > Qərbi Azərbaycan > Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb


17-05-2021, 16:51. Yazar: sevinc1
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3694 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1223, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2471 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1798743, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 032 054, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 766 689 təşkil edir.

aia.az
Geri dön