Ana Sayfa > Gündəm > DİN-dən azad olunmuş ərazilərə gedənlərə xəbərdarlıq

DİN-dən azad olunmuş ərazilərə gedənlərə xəbərdarlıq


17-05-2021, 16:20. Yazar: sevinc1
DİN-dən azad olunmuş ərazilərə gedənlərə xəbərdarlıq

Daxili İşlər Nazirliyi (DİN) işğaldan azad olunmuş ərazilərə getməməklə bağlı növbəti dəfə vətəndadşlara xəbərdarlıq edib.

Nazirliyin mətbuat xidmətindən aia.az-a verilən məlumatda bildirilib ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq icazə olmadan nəzarət postlarından kənar yollarla həmin ərazilərə keçmək istəyənlər olur.

Qeyd edilib ki, vətəndaşlardan təhlükənin mövcudluğunu nəzərə alaraq müvafiq icazə olmadan, işğaldan azad olunmuş ərazilər minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənənədək həmin bölgələrə səfər etməmələri xahiş olunur.

AİA.AZ
Geri dön