Ana Sayfa > Qərbi Azərbaycan > "Azərbaycan iki xəstəliyin ləğvinə nail olub"

"Azərbaycan iki xəstəliyin ləğvinə nail olub"


22-04-2016, 15:09. Yazar: admin



"Hazırda Avropanın 3 regionu məxmərək və qızılcanın ləğvinə nail olunmasını qarşısına məqsəd qoyub. Avropa regionu üzrə bu il 21 ölkə qızılcanın, 20-si isə məxmərəyin ləğvinə nail olub. Azərbaycanda isə hər iki xəstəliyin ləğvi qeydə alınıb".

Aia.az APA-ya istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Cəvahir Süleymanova deyib.

Onun sözlərinə görə, dünyada qızılca və məxmərəyin eliminasiyasına (ləğvinə) nail olan ilk ölkə Amerika olub (2015-ci ildə). ÜST nümayəndəsi bildirib ki, bu xəstəliklərlə bağlı ən aşağı peyvəndlə əhatə olunan ölkə isə Afrika və Asiyadır.

O qeyd edib ki, Avropa regionunda hələ də 18 ölkə endemik olaraq qalır: "Həmin ölkələr də, məhz Azərbaycana qonşu olan ərazilərdir. Rusiya, Gürcüstan, İran, Ermənistan və digər ölkələrdə hələ də virusların yayılması halları var. Bu da o deməkdir ki, xəstəliklər yenidən Azərbaycanda qeydə alına bilər. Ona görə də peyvəndləmə işləri bundan sonra da davam edəcək".

ÜST təmsilçisi əlavə edib ki, anadangəlmə məxmərək sindromu ilə bağlı ölkələrdə məlumat çox azdır. Onun sözlərinə görə, ÜST-ün verdiyi məlumata görə, dünyada 100 min uşaq bu sindromla doğulur və bu hal bəzən ölümlə də nəticələnə bilir. Hazırda məxmərək və qızılcanın ləğvini əldə etsək də, bu gün anadangəlmə məxmərək sindromu ilə mübarizə işinə başlamışıq. Bununla əlaqədar müvafiq qurumlarla birlikdə seminarlar təşkil edilib. Regionlarda da bu kimi seminarların keçirilməsi planlaşdırılır. Peyvənd həftəsi hər il keçirilir. Məqsəd ölkələrin bu sahədə məlumatlı olmasını daha da təkmilləşdirilməkdir".
Geri dön