Ana Sayfa > Ölkə > Bu marşrutda gediş haqqı ucuzlaşdırıldı

Bu marşrutda gediş haqqı ucuzlaşdırıldı


17-05-2021, 10:17. Yazar: sevinc1
Bu marşrutda gediş haqqı ucuzlaşdırıldı

Bakıda M8 ekspress xətti üzrə hərəkət edən marşrut avtobuslarında gediş haqqı ucuzlaşıb.

aia.az-ın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli tvitter hesabında yazıb.

V.Kərimli bildirib ki, vətəndaşların rahatlığı nəzərə alınaraq M8 ekspress xətti (Maştağa qəs-“Gənclik” m/st) adi rejimə keçirilib:

"Daimi sərnişinlərimizə xidmət edəcək xətt üzrə gediş haqqı tarifi 0.40 AZN-dən 0.35 AZN-ə dəyişdirilib".

aia.az

Geri dön