Ana Sayfa > Karusel / Ölkə > İranda güclü zəlzələ olub, yaralılar var

İranda güclü zəlzələ olub, yaralılar var


17-05-2021, 10:12. Yazar: sevinc1
İranda güclü zəlzələ olub, yaralılar var

İranın şimal-şərqində yerləşən Şimali Xorasan vilayətinin Sənxast rayonunda baş verən zəlzələ nəticəsində 14 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin Yardım və Xilasetmə Təşkilatının sədri Mehdi Vəlipur deyib.

M.Vəlipurun sözlərinə görə, ötən gecə yerli vaxtla 03:34 radələrində baş verən 5,5 maqnitudalı zəlzələ vilayətin 35 şəhər və kəndində müəyyən dağıntılara səbəb olub. Vilayətin Şurək kəndində 35 mənzil yararsız vəziyyətə düşüb.

O əlavə edib ki, zəlzələdən zərərçəkən şəhər və kəndlərdə əhaliyə ərzaq və digər yardımlar olunub.

aia.az
Geri dön