Ana Sayfa > Dünya > Moskvada son 120 ilin ən yüksək temperaturu gözlənilir
Moskvada son 120 ilin ən yüksək temperaturu gözlənilir17-05-2021, 09:23. Yazar: sevinc1 |
Növbəti həftə Moskvada 1897-ci ilin temperatur rekordu qırıla bilər. Bu barədə RBK məlumat yayıb. Növbəti həftə Rusiya paytaxtında temperaturun may ayı üçün olan normadan 10-11 dərəcə yüksək olması proqnozlaşdırılır. Mayın 17-də Moskvada temperaturun 28-30 dərəcəyə qədər yüksəlməsi gözlənilir. Mayın 18-də isə temperaturun 31 dərəcəyə çatması gözlənilir. Qeyd edək ki, 1897-ci ildə Moskvada may ayında havanın temperaturu 29,1 dərəcə olmuşdu. aia.az Geri dön |