Ana Sayfa > Dünya > Türkiyə fələstinli dinc sakinlərin müdafiəsi üçün beynəlxalq qüvvələrin yaradılmasını təklif edir -

Türkiyə fələstinli dinc sakinlərin müdafiəsi üçün beynəlxalq qüvvələrin yaradılmasını təklif edir -


16-05-2021, 16:07. Yazar: sevinc1
Türkiyə fələstinli dinc sakinlərin müdafiəsi üçün beynəlxalq qüvvələrin yaradılmasını təklif edir -

Türkiyə Fələstində dinc sakinlərin müdafiəsnin təmin olunması üçün beynəlxalq qüvvələrin yaradılmasının tərəfdarıdır.

Trend-in məlumatına görə, bunu ölkənn xarici işlər naziri Mövlud Çavuşoğlu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə iclasında deyib.

O bildirib ki, Fələstin məsələsində birlik göstərməyin vaxtı çatıb:

"Beynəlxalq ictimaiyyət fələstinli dinc sakinlərin təhlükəsizliyinin təmin olunmasına məsuliyyət daşıyır, və bu məsuliyyətin böyük hissəsi İƏT-in üzərinə düşür. Biz Fələstin sakinlərinin müdafiəsi üçün beynəlxalq mexanizmin yaradılması üzərində işləməliyik. Bu təşəbbüs maraqlı tərəflərin hərbi və maliyyə dəstəyinə malik olan beynəlxalq qüvvələrin yaradılmasını da əhatə etməlidir".

aia.az
Geri dön