Ana Sayfa > Ölkə > Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının veteranı  Salamulla Abdullayevin 80 illik yübleyi qeyd edilib

Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının veteranı  Salamulla Abdullayevin 80 illik yübleyi qeyd edilib


16-05-2021, 15:46. Yazar: sevinc1
Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının veteranı  Salamulla Abdullayevin 80 illik yübleyi qeyd edilib

Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının veteranı  Salamulla Abdullayevin 80 illik yübleyi münasibəti ilə rayon təşkilatının əməkdaşları  onu ziyarət etmişdirlər.

YAP Sabirabad rayon təşkilatının sədri  Məleykə Ağayeva  yubilyarı doğum günü münasibətilə təbrik edərək, ona möhkəm cansağlığı arzulayıb və Salamulla Abdullayevi  hər zaman öz sözü və dəyişməz mövqeyi olan vətəndaş kimi xarakterizə edib.

Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatı tərəfindən göstərilən diqqətə və qayğıya  görə Salamulla Abdullayevdə öz təşəkkürünü bildirib.
Yubliyar həmçinin  44 günlük Vətən Müharibəsi zamanı Qarbağ torpaqlarını işğalçılardan azad edərək Azərbaycan xalqına qazandırdığı  möhtəşəm zəfərə görə Cənab Ali Baş Komandan İlham Əliyevə və Onun Müzəffər Ordusuna sonsuz təşəkkürünü və təbrikini çatdırdı.





Geri dön