Ana Sayfa > Ölkə > Bakıda avtomobil bir yaşlı uşağın ayağının üzərindən keçdi
Bakıda avtomobil bir yaşlı uşağın ayağının üzərindən keçdi16-05-2021, 10:26. Yazar: sevinc1 |
![]() Bakıda xəsarətlə nəticələnən növbəti yol nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. Yaşadığı evin həyətində 2020-ci il təvəllüdlü, Vaskov Artemuy Dmitriviç qəfildən avtomobilin qarşısına qaçıb, bu zaman hərəkətdə olan avtomobil körpənin ayağının üzərindən keçib. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. aia.az Geri dön |