Ana Sayfa > Parlament > Bakıda 76 yaşlı qadın evində qətlə yetirildi
Bakıda 76 yaşlı qadın evində qətlə yetirildi22-04-2016, 14:37. Yazar: admin |
Bakıda 76 yaşlı qadın evində qətlə yetirilib. Bakı şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə paytaxtın Suraxanı rayonu ərazisində baş verib. Aprelin 21-də axşam saat 19 radələrində 1940-cı il təvəllüdlü Sultanova Melli Həmzə qızının Hövsan qəsəbəsindəki mənzilində meyiti tapılıb. Meyitin üzərinə baxış keçirilərkən meyitdə çoxsaylı xəsarət izləri aşkar edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda qadını öldürən şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Geri dön |