Ana Sayfa > Karusel / Dünya > Cozep Borrellin Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı - Bəyanatı
Cozep Borrellin Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı - Bəyanatı15-05-2021, 10:45. Yazar: admen |
“Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədindəki son vəziyyəti diqqətlə izləyir”. AİA.Az xəbər verir ki, bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin bəyanatında deyilir. “Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibi Stefano Sannino mənim adımdan mayın 13-də Ermənistanın xarici işlər naziri Ara Ayvazyanla, cümə günü isə Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla danışıb, hər iki tərəfi maksimum təmkin göstərməyə və vəziyyətin gərginləşməsini azaltmağa çağırıb”, - deyə Aİ rəsmisinin bəyanatında deyilir. Sənəddə qeyd olunur ki, Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar ATƏT-in hazırkı sədrliyi ilə əlaqə saxlayıb. “Sərhədlərin delimitasiyası və demarkasiyası yerli əhalinin təhlükəsizliyi naminə danışıqlar yolu ilə həll olunmalıdır. İki tərəf arasında davam edən texniki təmasları alqışlayırıq”, - deyə bəyanatda vurğulanır. AİA.Az Geri dön |