Ana Sayfa > İqtisadiyyat > Türkiyədən Azərbaycana sement ixracı artıb

Türkiyədən Azərbaycana sement ixracı artıb


12-05-2021, 18:35. Yazar: admen
Türkiyədən Azərbaycana sement ixracı artıb

2021-ci ilin yanvar-aprel aylarında Türkiyədən Azərbaycana sement ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq 11,587 milyon dollar təşkil edib.

AİA.Az xəbər verir ki, bu barədə Trend-əTürkiyə Ticarət Nazirliyindən bildiriblər.

Aprel ayında Türkiyə Azərbaycana 3,574 milyon dollar məbləğində sement ixrac edib ki, bu da ötən ilin apreli ilə müqayisədə 33,7 faiz çoxdur.

2021-ci ilin yanvar-aprel aylarında Türkiyənin dünya bazarlarına sement ixracı 2020-cü ilin eyndi dövrü ilə müqayisədə 23,5 faiz artaraq 1,414 milyard dollara bərabər olub.

Son 12 ay ərzində (aprel 2020-ci il - aprel 2021-ci il) Türkiyə 4,026 milyard dollar məbləğində sement ixrac edib.
Geri dön