Ana Sayfa > Təhsil > Mədəniyyət və İncəsənət Universiteti ödənişli əsaslarla təkrar ali təhsil almaq üçün qəbul elan edir

Mədəniyyət və İncəsənət Universiteti ödənişli əsaslarla təkrar ali təhsil almaq üçün qəbul elan edir


12-05-2021, 18:19. Yazar: admen
Mədəniyyət və İncəsənət Universiteti ödənişli əsaslarla təkrar ali təhsil almaq üçün qəbul elan edir

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 2021/2022-ci tədris ilində müvafiq ixtisaslar üzrə ödənişli əsaslarla təkrar ali təhsil almaq üçün qəbul elan edir.

Bu barədə ADMİU-dan məlumat verilib. Bildirilib ki, aktyor sənəti, bədii yaradıcılıq və ekran dramaturgiyası (ssenarist), dekorativ-tətbiqi sənət (bədii xalça, bədii toxuculuq), dizayn (geyim dizaynı, interyer dizaynı, sənaye dizaynı, qrafik dizayn), instrumental ifaçılıq (fortepiano, skripka, viola (alt), gitara, klarnet, saksofon, zərb alətləri), xalq çalğı alətləri ifaçılığı (tar, kamança, saz, qanun, nağara, balaban), musiqişünaslıq, muzey, arxiv işi və abidələrin qorunması ixtisasları üzrə qəbul elan edir.

Qəbul, həmçinin operator sənəti, populyar musiqi və caz ifaçılığı (estrada sənəti), qrafika, rejissorluq, rəngkarlıq, sənətşünaslıq (sahələr üzrə), təsviri sənətin tarixi və nəzəriyyəsi, teatrşünaslıq, kinoşünaslıq, vokal sənəti (xanəndə), musiqi müəllimliyi, təsviri incəsənət müəllimliyi, kitabxanaçılıq və informasiya fəaliyyəti, sosiologiya, sosial iş, turizm bələdçiliyi, turizm işinin təşkili ixtisasları üzrə aparılır.

Yuxarıda göstərilən ixtisaslar üzrə tədris əyani formada həyata keçiriləcək. Mövcud vəziyyət (pandemiya şəraiti) nəzərə alınaraq tədrisin onlayn formada təşkil olunması istisna edilmir.

ADMİU-da təkrar ali təhsilə sənəd qəbulu müraciət edənlər tərəfindən şəxsən təqdim edilməklə və elektron (skan edilmiş PDF formatında) qaydada həyata keçirilir.

Tədris Azərbaycan və rus dillərində aparılır.

Sənədlərin qəbulu 2021-ci ilin mayın 1-dən sentyabrın 10-dək aparılacaq. Təkrar ali təhsil almaq istəyənlər rektorun adına ərizə, ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiqlənmiş surəti (diploma əlavə ilə birlikdə), 2021-ci ilin məzunları bakalavr səviyyəsini bitirmə haqqında gerbli möhürlə təsdiq olunmuş arayış və transkript, 2 ədəd fotoşəkil (3×4 sm JPEG formatında), şəxsiyyət vəsiqəsinin surətini (soyadı dəyişdiyi halda, təsdiqedici sənəd) təqdim etməlidirlər.

Təkrar ali təhsilə müraciət üçün ərizə formasını ADMİU-nun saytındakı link vasitəsilə yükləmək olar.

Xatırladaq ki, 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış məzunlar diplomların Azərbaycan Respublikası ərazisində tanınması barədə Təhsil Nazirliyi tərəfindən verilmiş Şəhadətnamə təqdim etməlidirlər.

Ünvan: AZ 1065, Bakı şəhəri, İnşaatçılar prospekti 39. [email protected]

Əlaqə nömrəsi: (012) 599-00-54; (+994) 50 250-34-80

AİA.Az
Geri dön