Ana Sayfa > Qərbi Azərbaycan > Azərbaycanda 558 nəfər koronavirusa yoluxub, 1454 nəfər sağalıb, 13 nəfər vəfat edib
Azərbaycanda 558 nəfər koronavirusa yoluxub, 1454 nəfər sağalıb, 13 nəfər vəfat edib12-05-2021, 17:55. Yazar: admen |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 558 yeni yoluxma faktı qeydə alınıb, 1454 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan AİA.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 328159 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 309771 nəfər müalicə olunaraq sağalıb, 4726 nəfər vəfat edib, aktiv xəstə sayı 13662 nəfərdir. COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar son sutka ərzində 7155, hazırkı dövrədək isə 3 353 167 test aparılıb. Geri dön |