Ana Sayfa > İqtisadiyyat > Bu il 44 mindən çox şəxsə sosial ödənişlər həyata keçirilib

Bu il 44 mindən çox şəxsə sosial ödənişlər həyata keçirilib


12-05-2021, 13:40. Yazar: admen
Bu il 44 mindən çox şəxsə sosial ödənişlər həyata keçirilib

Bu ilin yanvar-aprel aylarında 44,3 min şəxsə sosial ödənişlərin, o cümlədən 10,3 min şəxsə pensiyaların, 34 min şəxsə isə müavinət və təqaüdlərin elektron qaydada təyinatı həyata keçirilib.

Bu barədə Dövlət Sosial Müdafiə Fondundan bildiriblər. 2019-cu ilin əvvəlindən Azərbaycanda pensiyaların, sonralar 24 növ müavinət və təqaüdün təyinatı avtomatlaşdırılıb. Həmin vaxtdan ötən dövrdə ümumilikdə 171 min şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd e-qaydada təyin olunub. Onlardan 36 mini pensiya təyinatları olub.

Bu proaktiv xidmətlər nəticəsində vətəndaşların pensiya, müavinət və təqaüd hüquqları yaranan zaman hansısa quruma müraciət etmələrinə və sənəd təqdim olunmasına ehtiyac qalmayıb. Həmin sosial ödənişlər məmur-vətəndaş təması olmadan, avtomatik olaraq, tam şəffaf şəraitdə onlara təyin olunub.

AİA.Az
Geri dön