Ana Sayfa > Karusel / Ölkə > Xalq Şairi Musa Yaqub dəfn edilib -
Xalq Şairi Musa Yaqub dəfn edilib -8-05-2021, 12:44. Yazar: sevinc1 |
![]() Dünən dünyasını dəyişən Azərbaycanın Xalq şairi Musa Yaqub dəfn edilib. Trend-in məlumatına görə, Xalq şairi ilə vida mərasimi İsmayıllı rayonunun Buynuz kəndində, yaşadığı evdə keçirilib. O Buynuz kənd qəbiristanlığında həyat yoldaşının yanında dəfn olunub. Xatırladaq ki, Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. 1973-cü ildən o Azərbaycan Yazıçılar İttifaqında müxtəlif vəzifələrdə çalışıb. Musa Yaqub uzun müddət parkinson xəstəliyindən əziyyət çəkirdi. O 24 may 2019-cu ildə "Azərbaycan Respublikasının xalq şairi" fəxri adına layiq görülüb. aia.az Geri dön |