Ana Sayfa > Seçilənlər-5 > Erməni generaldan sərsəm hədə: "Bakını nüvə bombası ilə vura bilərik"
Erməni generaldan sərsəm hədə: "Bakını nüvə bombası ilə vura bilərik"22-04-2016, 12:47. Yazar: admin |
"Azərbaycanla heç bir halda yeni sülh anlaşması imzalamaq olmaz. Əksinə, Dağlıq Qarabağdakı ermənilərin Ermənistana birləşməsi ilə bağlı referendum keçirməliyik. Məsələnin hərbi-strateji yönlərini əsla unutmamalıyıq. Politoloq, siyasətçi və ya diplomat deyiləm, hərbçiyəm. Ona görə əminəm: Azərbaycanla vuruşmaq gərəkdir. Azərbaycana ən ağır zərbə endirməliyik". Ermənistanın tanınmış hərbçilərindən biri, "Kommandos" ləqəbi ilə tanınan general-mayor Arkadi Ter-Tadevosyan "Sobesednik Armenii"yə verdiyi açıqlamasında belə deyib. Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında 1994-cü ildə imzalanmış atəşkəs anlaşması aktuallığını itirib. "Kommandos" daha sonra bildirib ki, Ermənistan xarici siyasət və diplomatiya sahəsində Azərbaycana uduzur. "Dağlıq Qarabağda hərbi əməliyyatlar başlayan kimi Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlılara sərt xəbərdarlıq bəyanatı yollamalıydı. Bu, olmadı. Niyə olmadı - mən araşdırmalı deyiləm. Fakt budur ki, bizim xarici işlər naziri çox passiv, yolverilməz dərəcədə pis işlədi. Amma diplomatiyada uduzsaq da, hərbi sahədə düşməni üstələməliyik. Azərbaycan Dağlıq Qarabağda döyüşlər ideyasından əl çəkməsə, növbəti addımımız Bakıya raket zərbələrinin endirilməsi olmalıdır. Daha doğrusu, Azərbaycanın neft mədənlərini, buruqlarını vurmalıyıq. Belədə Azərbaycanın 30 faizi məhv olacaq. Bu, özü bəsdir. Yerdə qalan ərazilərdə isə yeni respublikalar yaratmalıyıq. Dünya birliyi bizə heç nə deyən deyil. BMT Nizamnaməsinə uyğun olaraq Azərbaycana preventiv, qabaqlayıcı zərbə endirmək hüququmuz var", - "Kommandos" sərsəmləyib. A.Ter-Tadevosyanın dediyinə görə, Rusiya heç bir halda Ermənistana sadiq və etibarlı müttəfiq ölkə sayılmamalıdır. Onun fikrincə, Ermənistanın sadiq müttəfiqləri Kipr, Yunanıstan və Sloveniyadır: "Dağlıq Qarabağda yenidən müharibə başlansa, Rusiya nə bizi müdafiə edəcək, nə də prosesə qarışacaq". Ter-Tadevosyan sonra xəstə təxəyyülünün məhsulu olan təkliflə çıxış edib: "Azərbaycana qarşı nüvə silahından istifadə edə bilərik. Doğrudur, hətta müdafiə məqsədilə nüvə silahından yararlanmaq fikrinə düşən istənilən dövlət dərhal dünya birliyinin sanksiyaları ilə qarşılaşır. Nüvə texnologiyalarına yiyələnmək istəyən İranı xatırlayın. Amma bizim başqa silah istehsal etmək, hazırlamaq imkanlarımız var. Nüvə bombası olmasa da, çox təhlükəli bir silah. Nüvə bombasından min dəfələrlə az effektiv, amma adi silahlardan min dəfələrlə güclü. Azərbaycan bilməlidir ki, radioaktiv tullantılardan hazırlanmış "çirkli bomba" ilə onları vura bilərik. Bundan başqa, Azərbaycana qarşı xüsusi hazırlanmış, təlim keçmiş dəstə və qruplardan istifadə etməliyik". Arkadi Ter-Tadevosyan həmişə Ermənistan rəhbərliyinin "qeyri-rəsmi" natiqi kimi tanınır. Belədirsə, "Kommandos"un açıqlamalarının ATƏT-in Minsk Qrupunun həmsədri olan Rusiya, Fransa və ABŞ-ın xarici siyasət qurumları ilə yanaşı, təhlükəsizlik strukturları tərəfindən dəyərləndirilməsi zəruridir. Ən azı, ona görə ki, Dağlıq Qarabağdakı "dördgünlük müharibə"dəki məğlubiyyətdən sonra başını itirmiş Ermənistan rəhbərliyi Azərbaycanı artıq "çirkli nüvə bombası" ilə hədələməyə başlayıb. Bu isə artıq dövlət səviyyəsində terrorizmdir. Geri dön |