Ana Sayfa > Cəmiyyət > Abşeronda qadını naməlum avtomobil vuraraq öldürüb

Abşeronda qadını naməlum avtomobil vuraraq öldürüb


8-05-2021, 07:54. Yazar: sevinc1
Abşeronda qadını naməlum avtomobil vuraraq öldürüb

Abşeron rayonunda ölüm hadisəsini törədən sürücü ərazidən yayınıb.

AİA.Az APA-ya istinadən bildirir ki, hadisə Novxanı-Binəqədi yolunda qeydə alınıb.

1984-cü il təvəllüdlü Xəlilova Səadət Çərkəz qızı "Noil" yanacaq doldurma məntəqəsinin qarşısında yolu keçərkən onu naməlum avtomobil vurub. Daha sonra piyadanın öldüyünü görən sürücü hadisə yerindən yayınıb. Yoldan keçən digər nəqliyyat vasitələri piyadanın üzərindən keçib.

Abşeron Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları hadisəni törədən sürücünün axtarışına başlayıb.

Ölən şəxsin meyiti aidiyyəti üzrə təhvil verilib.

AİA.Az
Geri dön