Ana Sayfa > Qərbi Azərbaycan > ÜST "Sinopharm" peyvəndini təcili istifadə üçün tövsiyə edib
ÜST "Sinopharm" peyvəndini təcili istifadə üçün tövsiyə edib8-05-2021, 07:43. Yazar: sevinc1 |
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çinin istehsal etdiyi "Sinopharm" koronavirusa qarşı vaksinini təcili istifadə üçün tövsiyə edib. Bunu Cenevrədə keçirilən brifinq zamanı ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus deyib. Baş direktor bildirib: "Bu gün ÜST Pekinin "Sinopharm" vaksinini COVİD-19-a qarşı təcili istifadə üçün tövsiyə olunan dərmanlar siyahısına əlavə edib. "Sinopharm" ÜST-nin təhlükəsizlik, effektivlik və keyfiyyət sertifikatını almış altıncı peyvənd oldu". Onun sözlərinə görə, bu addım beynəlxalq COVAX mexanizmi vasitəsi ilə satın alına bilən COVİD-19-a qarşı immunizasiya üçün dərmanların siyahısını genişləndirdi. AİA.Az Geri dön |