Ana Sayfa > İdman > Qadın güləşçimiz Elis Manolova "Tokio-2020" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Qadın güləşçimiz Elis Manolova "Tokio-2020" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb


8-05-2021, 07:40. Yazar: sevinc1
Qadın güləşçimiz Elis Manolova "Tokio-2020" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Qadın güləşçimiz Elis Manolova "Tokio-2020" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya Olimpiya təsnifat turnirində 68 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz startda Yunanıstan təmsilçisi Aqora Papavasileuya qalib gələrək dörddəbir finala yüksəlib. Təmsilçimizin növbəti rəqibi Argentina idmançısı Klara Vaskes olub. Xalçadan qalib ayrılan E.Manolova turnirin yarımfinal mərhələsinə vəsiqə qazanıb. Qazaxıstanlı Jamilya Bakberqenovadan üstün olan E.Manolova finala yüksəlməklə Olimpiadaya lisenziyanı təmin edib.

Final görüşü mayın 8-də təşkil olunacaq.

Qeyd edək ki, qadın güləşçilərimizdən səkkizqat Avropa çempionu Mariya Stadnik da "Tokio-2020"yə vəsiqəni təmin edib.

AIA.Az
Geri dön